Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb


00:05     09 Aprel 2018 18_04_08_1523203561.jpg

Bakı-Naxçıvan marşrutu ilə uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.


Femida.az bildirir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

"Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmağa qərar verib. Eniş uğurla həyata keçib", - deyə o bildirib.

Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.

Açar sözlər:

Oxunub: 868


Oxşar xəbərlər