Polis və DTX əməliyyat keçirdi - Silahlı şəxs tutuldu
14:56 09 Aprel 2018
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və 6 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1475
Oxşar xəbərlər
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyə antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km dərinliyinə daxil olacaq
- "Şahdəniz-1" çərçivəsində Türkiyəyə qaz yeni şərtlərlə ixrac ediləcək
- NATO Sammiti çərçivəsində Ərdoğan Baydenlə təkbətək görüşəcək
- Azad Rəhimovun dəfn mərasimi məhdud çərçivədə keçiriləcək
- “Ağıllı kənd” çərçivəsində 200 ev tikiləcək
- “ƏDV geri al” layihəsi çərçivəsində 60 mln manat vətəndaşlara qaytarılıb
- İcbari tibbi sığorta çərçivəsində qazilərə və şəhid ailəsi üzvlərinə 13 mindən çox xidmət göstərilib
- ”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvəndin aprel ayında gətirilməsi gözlənilir
- "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat qaytarılıb