Hamilə qadını işdən çıxarmaq olarmı? - QANUN
15:15 09 Aprel 2018
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuz hamiləlik dövründə işdən azad olunan qadınlarla bağlıdır. Redaksiyamıza müraciət edən Jalə Vəliyeva bu sualları ünvanlayıb:
Analıq məzuniyyəti hüququ çatmış hamilə qadını müəssisə rəhbərliyi işdən azad edə bilərmi? Əgər edə bilərsə, bu hansı hallarda mümkündürmü?
Qeyd edək ki, qadın hələ dekretə çıxmayıb, bülletendə də deyil.
Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə görə, hamilə qadınların işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu halda onun sosial məzuniyyətdə olub-olmamasının fərqi yoxdur. Yalnız iki halda hamilə qadınla bağlanmış müqavilə ləğv edilə bilər:
1. Müəssisə ləğv edildikdə;
2. Əmək müqaviləsinin müddəti bitdikdə.
Əmək Məcəlləsində bu hal bütün hamilə qadınlar nəzərdə tutulub. Hamiləliyin hansı ayında olması fərqləndirilmir.
Ümumiyyətlə, 3 yaşına kimi uşağı olan qadınları da yuxarıda qeyd edilən əsaslar olmadan işdən azad etmək olmaz. Hətta müddətli əmək müqaviləsinin müddəti bitdiyi anda işçi məzuniyyətdə olarsa, onun əmək müqaviləsinə işə çıxdıqdan sonra 1 həftə ərzində xitam verilə bilər.
Əgər müəssisə rəhbərliyi qanunvericiliyinin tələblərini pozarsa, məsuliyyətə cəlb oluna bilər. Cinayət Məcəlləsinin 164-cü maddəsində göstərilir ki, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə, onunla əmək müqaviləsini əsassız ləğv etmə iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
Bu halla bağlı İnzibati Xətalar Məcəlləsində də müddəa var. Hamilə qadın bu müddəa ilə qarşı tərəfdən təzminat tələb edə bilər. İXM-in 192.6 maddəsində qeyd edilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Belə hallarda həm Əmək müfəttişliyinə, həm də məhkəməyə müraciət etmək olar.
Amin Nəzərli
Femida.az
Oxunub: 9202
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Kamran Əliyev: "Qanun pozuntularına vaxtında müdaxilə etməliyik"
- MN: "Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb"
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib