Generalın nəticəsinə qarşı dələduzluq - Fırıldaqçı azadlığa buraxıldı
15:17 09 Aprel 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanı şərti hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.
Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilsə də, məhkəməyə gəlmədiyi üçün axtarış verilib və həbs olunub.
Zərərçəkən Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsidir.
Femida.az
Oxunub: 2000
Oxşar xəbərlər
- Paşinyanın açıqlamasını "qeyri-ciddi" hesab edən erməni general vəzifədən qovulub
- Erməni general məğlubiyyətlərinin səbəbindən danışdı
- Putin niyə hələ də general deyil?
- Bu generallar ehtiyata buraxıldı
- Arzu Rəhimova general-polkovnik rütbəsi verildi - SƏRƏNCAM
- 5 general “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
- Suqovuşanın azad olunmasına görə 2 general təltif edildi
- Prezidentin bu gün təltif etdiyi generallar - SİYAHI
- Prezidentin “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdiyi 12 general - SİYAHI
- Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”