Aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI


16:22     09 Aprel 2018 1452928352_yol_polisi_065.jpg

"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Femida.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaqlar: "Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Bulvarın Dəniz Vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək".

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək.

Femida.az

Açar sözlər: #Yol   #Formula-1   #Azneft  

Oxunub: 1058