“20 Yanvar”da uzun növbə yarandı - SƏBƏB


16:48     09 Aprel 2018 2018/04/01-(1j_1523263806.jpg

Bakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməmsi səbəbindən nəqliyyat kartına pul yükləmək istəyən insanların böyük növbəsi yayılıb.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sakinlər bildiriblər ki, insan axınının böyük olduğu ərazidəki 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir. Digər iki aparat isə nasazlıq səbəbindən işləmir.

Qeyd edilib ki, bu kimi hallar həmin ərazidə tez-tez baş verir və sərnişinlər kartlarına vəsait yükləyə bilmədiyindən getmək istədikləri ünvana gecikirlər.



Femida.az

Açar sözlər: #Şamaxinka   #kart   #aparat   #BakıKart  

Oxunub: 1393