Qəbiristanlıqda törədilmiş dəhşətli cinayətin üstü açıldı


16:59     09 Aprel 2018 qebristanliq.JPG

Daxili İşlər Nazirliyi dünən Masallıda baş verən qətl hadisəsi barədə məlumat yayıb.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbiristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Masallı   #prokurorluq   #zorakılıq  

Oxunub: 917