Bugünədək 6 mindən çox müharibə əlilinə avtomobili verilib


17:55     09 Aprel 2018 18_04_09_1523265766.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.


ƏƏSMN-dən “APA-Economics”ə verilən xəbərə görə, yeni minik avtomobillərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, əlil ictimai birliklərinin rəhbərləri də iştirak edib.

Ümumilikdə isə bu vaxta qədər Nazirlik tərəfindən 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib. Həmin vətəndaşların minik avtomobili ilə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (www.mlspp.gov.az) təqdim olunan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində həyata keçirilir.

Açar sözlər: #əlil   #sosial   #nazirlik  

Oxunub: 955