Telefona görə özünü relslərin üstünə atdı - Bakı metrosunda olay


19:06     09 Aprel 2018 18_04_09_1523272058.jpg

Bakı metrosunun "Koroğlu" stansiyasında sərnişin qatar yoluna düşüb.

Femida.az xəbər verir ki, hadisə sərnişinlərin metroda sıxlıq təşkil etdiyi vaxta təsadüf edib. Bu barədə Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

"Deməli, "Koroğlu"nun ən basabas vaxtında sərnişinin telefonu düşüb relslərin üstünə. O da eləmə tənbəllik, bir göz qırpımında düşüb telefonu götürüb çıxıb. Təbii ki, o qədər basabas olub ki, onun bu hərəkətini bir çox insan, hətta bizim nəzarətçi də görməyib. Gözünə döndüyüm qardaş bilib ki, belə etmək olmaz, qadağandır, yaxınlaşıb bizim işçiyə ki, bəs, mən düşüb telefonu götürüb çıxdım. Həqiqətən, çox vicdanlı sərnişin olub. Baxmayaraq ki, bizim növbətçi polis çağırıb onu təhvil verib polisə. Yəqin inzibati tənbeh edib buraxacaqlar".

Femida.az

Açar sözlər: #metro   #telefon   #Bakı  

Oxunub: 1514