Avropa İnsan Hüquqları Məhkəməsinin vitse-prezidenti türk oldu


04:15     22 Sentyabr 2015 b251c00e9132533181f31446838ba621.jpg


Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) plenar toplantısında gizli səsvermə yolu ilə məhkəmənin iki vitse-prezident vəzifəsindən birinə Türkiyənin AİHM-dəki hakimi, xanım İşıl Karakaş seçilib.

Digər vitse-prezident postuna isə Macarıstanlı hakim Andras Sajo seçilib.

Qeyd edək ki, 2008-ci ildən Türkiyənin AİHM-dəki hakimi vəzifəsində çalışan xanım İşıl Karakaş, eyni zamanda 2013-cü ildən etibarən məhkəmədə iki dəfə şöbə müdiri vəzifələrində də çalışıb. (Apa)

Açar sözlər:

Oxunub: 876