Polkovnikə 14 illik həbs - Rütbəsi geri alındı


04:31     22 Sentyabr 2015 1895262_1.jpg


Rusiya Hərbi Kəşfiyyat (GRU) təqaüdçüsü polkovnik Gennadi Kravtsov vətənə xəyanət ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Kravtsovun İsveçə rus kosmos kəşfiyyatı ilə əlaqədar məlumatları sızdırdığı bildirilib.

Gennadi Kravtsov dövlət sirlərini elektron məktubla İsveç Müdafiə Nazirliyi Radio Texnologiya Mərkəzinin web saytına göndərib. İnterfaks xəbər agentliyi Kravstovun “Tselina-2” adlı kosmos texnologiyası ilə bağlı məlumatları sızdırdığını iddia edib.

Moskva Şəhər Məhkəməsi Kravtsovaya vətənə xəyanət səbəbindən 14 il həbs cəzası verib. Məhkəmə Kravtsovun polkovnik rütbəsinin alınmasına da qərar verib.

Açar sözlər:

Oxunub: 1370