Dostunu öldürən şəxs və sevgilisi məhkəmə qarşısında


17:26     10 Aprel 2018 2018/04/640813_1523353106.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan ər-arvad Eşqin Rəsulov və Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

virtualaz.org-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 18-nə təyin edilib.

Qətl hadisəsi ötən il noyabrda Quba rayonunun Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb, birlikdə yemək yeyiblər, spirtli içki içiblər, qumar oynayıblar. Oyun zamanı Anar Balayev Eşqin Rəsulovu təhqir edib. E.Rəsulov onu yerə yıxaraq yumruq, təpik zərbələri endirib. Sonra isə Ramelladan dostunun əl-qolunu bağlamaq üçün kəndir istəyib. R. Əlmuradova gətirdiyi iplə Eşqin Anarın əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Anarı döyərək qətlə yetirib.

Təqsirləndirilən E.Rəsulov istintaqa verdiyi ilkin ifadəsində dostunu sevgilisinə təcavüz etmək istədiyinə görə qətlə yetirdiyini deyib. Lakin istintaq araşdırmaları zamanı qətlin qumar üstündə baş verdiyi bəlli olub.

Mərhumun üç azyaşlı övladı var. Hadisəni törədən Eşqin Rəsulov əvvəllər məhkum edilib.

Femida.az

Açar sözlər: azyaşlı   Mərhum   dost  

Oxunub: 671