Köşkdən oğurluq etmək istəyən şəxs tutuldu - VİDEO


21:13     10 Aprel 2018 2018/04/640889_1523366295.jpg

Bakıda köşkdən oğurluq etmək istəyən şəxs iş başında ələ keçib.


Femida.az xəbər verir ki, aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan köşklərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb.

Saxlanılan şəxsin üzərindən narkotik maddə, kəsici-deşici alət də aşkar olunub. Bölməyə təhvil veriləndən sonra saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Gürcüstan vətəndaşı Yolçuyev Nicat İntiqam oğludur.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.



Femida.az

Açar sözlər:

Oxunub: 1629