Zərərçəkənlər 2 nəfərin ölümünə səbəb olan sürücünü bağışladı
21:55 10 Aprel 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü - Rac Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az olke.az-a istinadən xəbər verir ki, ittiham aktına əsasən, R.Əliyev etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq Ələddin Şovqatovun idarə etdiyi “VAZ – 21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab Şovqatov hadisə yerində vəfat edib. R.Əliyev sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu şəhər xəstəxanasında vəfat edib.
Qəza zamanı R.Əliyevdən başqa, 28 yaşlı Lalə Behbudova, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev və 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.
Elan olunmuş ittiham üzrə R.Əliyev özünü təqsirli bildiyini deyib.
Zərərçəkmişlər - Ə.Şovqatovla X.Quliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını söyləyiblər.
Ə.Şovqatov hadisənin qəsdən baş vermədiyini bildirib:
"Qəsdən öldürməyib ki, qəzadı da. Biz artıq barışmışıq".
O, qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün R.Əliyevin maddi yardım etmədiyini də qeyd edib.
Mərhum M.Şovqatovun atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını vurğulayıblar.
Məhkəmədə məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün R.Əliyevə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.
Məhkəmənin növbəti prosesi aprelin 16-na təyin edilib.
Femida.az
Oxunub: 690
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib