FIFA oyunçuların icarəsinə qadağa qoya bilər


00:55     11 Aprel 2018 18_04_10_1523377743.jpg

Beynəlxalq Futbol Federasiyası (FIFA) klublar arasında icarə müqavilələrinin qadağan edilməsini nəzərdən keçirir.


Transfer sisteminin islahatını müzakirə etmək üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Beynəlxalq Oyunçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyası, FIFA, həmçinin keçmiş oyunçular Cafu, Zvonimir Boban, Edvin van der Sar və Marko van Basten daxildir.

İcarə gənc futbolçulara klublarda inkişafına kömək edəcək bir vasitə kimi qəbul olunsa da, lakin FIFA hesab edir ki, hazırda klublar transfer sistemini şəxsi maraqları üçün istifadə edirlər.

Cari mövsümdə “Yuventus” 41, “Udineze” 27, “Çelsi” 22 və “Mançester Siti” 18 oyunçu icarəyə verib. (AzərTAc)

Açar sözlər:

Oxunub: 510