Nazirlər səs verir - YENİLƏNDİ


16:30     11 Aprel 2018 2018/04/mikayil-cabbarov-sechki-11042018_1523429625.jpg

Maliyyə naziri Samir Şərifov seçkilərdə səs verib.

Femida.az-ın məlumatına görə, nazir 36 saylı Xətai IV Seçki Dairəsinin 56 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Bas nazirin birinci muavini Yaqub Eyyubov səs verib.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı Seçki Məntəqəsində səsvermə hüququndan istifadə edən Y. Eyyubov hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyib: "Müşahidəçilər qeyd aparırlar. Mən də oz səsimi verdim".

***

Bu gün keçirilən prezident seçkilərində energetika naziri Pərviz Şahbazov səs verib.

P. Şahbazov 29 saylı Səbail Seçki Dairəsi 7 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.



***

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermədə iştirak edib.

Parlamentin spikeri 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.

Oqtay Əsədov deyib ki, seçkilərin Azərbaycan xalqının xeyrinə olacağına əmindir: “Azərbaycan bundan sonra da inkişaf edəcək”.



***

Vergilər naziri Mikayıl Cabbarov səs verib.

Femida.az-ın məlumatına görə, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı Seçki Məntəqəsində səsvermə hüququndan istifadə edən nazir bu günün Azərbaycan üçün əlamətdar olduğunu deyib: "Hər bir vətəndaş konstitusion hüququndan istifadə edib səs verir. Mən də öz səsimi verdim".

Femida.az

Açar sözlər: #Vergilər_naziri   #Mikayıl_Cabbarov  

Oxunub: 1647