Bakıda daha bir şok! Bu dəfə “Bank Respublika”ya hücum oldu


16:04     11 Aprel 2018 ogurluq%20seyf.jpg

Bakıda banka daha bir basqın hadisəsi qeydə alınıb.



Femida.az xəbər verir ki, hadisə “Bank Respublika”nın Səbail rayonu Xəqani küçəsi 21 ünvanında yerləşən filialında baş verib.Gecə saatlarında bankomatın naməlum şəxslər tərəfindən qaynaq aparatı ilə kəsilərək pulların aparılmasına cəhd edilib.
Əraziyə gələn Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları ilkin araşdırma aparmış.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Curayev Kamil Camalxan oğlu saxlanılıb.
Məlumata görə, həmin şəxs neft terminalında elektrik mühnədisi işləyir.Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi başlanmış.Araşdırma davam edir.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Polis   #Oğurluq   #Həbs   #Məhkum  

Oxunub: 5604