100 yaşlı qadının evinə seçki qutusu aparıldı - FOTO
16:31 11 Aprel 2018
Samux rayonunun ən yaşlı seçicilərindən olan, Alıuşağı kənd sakini 100 yaşlı Yamən Mehdiyeva prezident seçkilərində səs verib.
Femida.az bildirir ki, vətəndaşlıq borcunu yerinə yetirən Yamən Mehdiyeva dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Yeddi övlad, 20 nəvə, 24 nəticə, 3 kötükcə sahibi olan Yamən nənənin bir arzusu var: Azərbaycanı abad və firavan, insanlarını isə xoşbəxt görmək.
Yamən nənənin evinə daşınan seçki qutusu aparılıb. O, konstitusion hüququndan istifadə edəndən sonra gənclərə müraciətlə deyib: "Övladlarımı zəhmətlə böyütmüşəm. Qayğılarım çox olsa da, bütün seçkilərdə iştirak etmişəm. Qoy, hər kəs bu seçkilərdə iştirak etsin və işıqlı gələcəyimizə səs versin".
Femida.az
Oxunub: 1172
Oxşar xəbərlər
- 100 minə yaxın azərbaycanlının “Facebook”da şəxsi məlumatları oğurlanıb
- 1000 ədəd qida əlavəsi yararsız çıxdı
- 100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri
- 100-dən çox taksi, 80-ə yaxın avtobus sürücüsü cərimələnib
- 1000-dək şəhid ailəsinə pensiya və müavinət təyin olundu
- 1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətində - Fotolar
- 100 min işsizə birdəfəlik ödəniş edilib
- 1000 seçki məntəqəsində vebkamera quraşdırılıb
- 1000-dən çox vətəndaşın sosial yardımı dayandırıldı
- 1000-ə yaxın mənzilə "kupça" veriləcək: Ünvanlar açıqlandı