Seçki necə gedir? - Müxbirimiz məntəqədən yazır (FOTOLAR)


17:17     11 Aprel 2018 secki.jpg


Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Femida.az saytı seçki məntəqələrindən birini təsadüfi yolla seçərək, gedişatla tanış olub. Bakı şəhər Nəsimi rayon 22 saylı seçki məntəqəsinə yollandıq.

Seçkidən öncə məntəqədə hər şeyin qaydasında olduğunu və səvermə üçün tam hazır vəziyyətə gətirldiyini gördük. Səsvermə başladıqdan qısa müddət sonra isə böyük seçici fəallığı müşahidə olundu. Saat 12:00-a olan nəticəyə görə, 1448 seçicidən 461 nəfəri artıq səs vermişdi.

Məntəqə şəhər mərkəzində - Azərbaycan Xarici Dillər Universitetinin binasında yerləşdiyi üçün tez-tez xarici müşahidəçilərin məntəqəyə baş çəkdiyini görmək olurdu.

Seçicilərin çoxluğu əvvəlcə kiçik izdiham yaratsa da, daha sonra onların növbəyə dayanıb sırayla səs verməsi ilə məsələ həll olundu.









Amin Nəzərli

Femida.az

Açar sözlər: #seçki   #siyasət   #Nəsimi   #məntəqə   #reportaj  

Oxunub: 1386