"Səs vermək üçün növbəyə dayanıblar" - Azay Quliyevdən seçkiylə bağlı AÇIQLAMA (ÖZƏL)


17:51     11 Aprel 2018 18_04_11_1523451642.jpg


Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev prezident seçkilərində iştirak edib. Millət vəkili Nəsimi rayon 22 saylı seçki məntəqəsində səs verib. O, səsvermə zamanı məntəqədə olan əməkdaşımıza özəl açıqlama verib. Azay Quliyev qeydiyyatda olduğu məntəqədə seçki fəallığına görə böyük məmnunluq hissi keçirdiyini bildirib:


“Çox məmnun oldum ki, vətəndaşlarımız səhər tezdən məntəqələrə gələrək səs vermək üçün növbəyə dayanıblar. Bu doğurdan da sevindirici haldır. Bu ondan xəbər verir ki, Azərbaycan vətəndaşları öz hüquqlarını gözəl bilir və öz ölkəsinin gələcəyinə laqeyd deyil. Bilirsiniz ki, səsvermə bir hüquqdur. İnsanlar bu gün hüquqlarından maksimum dərəcədə istifadə edirlər. Qeydiyyatda olduğum məntəqədə bu cür aktivlik görmək isə ayrıca xoş bir mənzərədir. Vətəndaşlara təşəkkür edirəm ki, onlar seçkilərdə belə fəallıq nümayiş etdirirlər.

Əminəm ki, seçkinin nəticəsi Azərbaycan xalqı üçün xeyirli olacaq və bu günədək əldə olunan uğurların davamına ciddi töhvə verəcək. Eyni zamanda növbəti illərdə də inkişafımız və sabitliyimiz davam edəcəkdir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Azay_Quliyev   #deputat   #seçki   #səsvermə   #siyasət  

Oxunub: 1891