Məzahir Pənahov: "Jurnalistin seçki məntəqəsinə buraxılmaması qanuna ziddir"


19:38     11 Aprel 2018 mezahir0.jpg

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmaması, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.

"Report" xəbər verir ki, Məzahir Pənahovun sözlərinə görə, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: "Bu, qanuna zidd addımdır. Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur".

Femida.az

Açar sözlər: #MSK   #seçki   #jurnalist   #Məzahir_Pənahov  

Oxunub: 783