Baş Prokurorluq prezident seçkiləri ilə bağlı məlumat yayıb


00:31     12 Aprel 2018 bas_prokuror.jpg

Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.


Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparıb.

Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil ediblər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175 olub. Ümumilikdə seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırıb.


Femida.az

Açar sözlər: #Prokurorluq   #prezident   #seçki  

Oxunub: 956