İlkin nəticələr açıqlandı: İlham Əliyev 86 faiz səs toplayıb


05:21     12 Aprel 2018 2018/04/1523473706982539914_1000x669-1523474148-1523481344_1523482026.jpg

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Femida.az-ın məlumatına görə, MSK sədri bildirib ki, 125 seçki dairəsinin hər birində seçki baş tutub:

“Bu ana qədər səsvermə keçirilmiş 5641 məntəqənin 5201-i, 92 faizdən artığı MSK-ya məlumatları çatdırıb. Daxil olan məlumatlar araşdırılarkən 3 712 720 səs etibarlı hesab edilib. Bu səslərin bölünməsi belədir: İlham Əliyev 3 192 522 səs - 86 faiz, Araz Əlizadə 51 738 səs – 1.39 faiz, Hafiz Hacıyev, 56 153 səs – 1.51 faiz, Qüdrət Həsənquliyev 112 915 səs – 3.04 faiz, Fərəc Quliyev 43 546 səs – 1.18 faiz, Sərdar Cəlaloğlu 112 078 səs – 3.02 faiz, Razi Nurullayev 27 706 səs – 0.75 faiz, Zahir Oruc 115 462 səs – 3.11 faiz. Nəticələr göstərir ki, İlham Əliyev böyük səs çoxluğu ilə liderlik edir”.

Femida.az

Açar sözlər: seçki   MSK   səsvermə  

Oxunub: 979