Ukrayna və Belarusiya preizdentləri İlham Əliyevi təbrik etdi


14:31     12 Aprel 2018 18_04_12_1523514859.jpg


Ukrayna və Belarusiya preizdentləri İlham Əliyevi təbrik edib.

Femida.az xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun təbrik mesajı P. Poroşenkonun “Twitter” səhifəsində yer alıb:

“İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edirəm! Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha möhkəm olacaq”.

P. Poroşenko azərbaycanlı həmkarı ilə görüşünü səbirsizliklə gözlədiyini vurğulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti isə bu açıqlamanı verib:

"Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasət ilə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək", - təbrik müraciətində deyilir.

A.Lukaşenko həmçinin İlham Əliyevə nəzərədə tutulan planların həyata keçirilməsində möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar diləyib.

Femida.az

Açar sözlər: #Ukrayna   #Belarusiya   #prezident   #təbrik   #siyasət   #İlham_Əliyev  

Oxunub: 915