Meşədən ağacları oğurlayan şəxslər tutuldu


14:53     12 Aprel 2018 hebs89.jpg

Oğuzda meşədən oğurluq edən şəxslər tutulub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Açar sözlər: #Həbs   #Oğurluq  

Oxunub: 733