MSK: Seçkiyə aprelin 21-dək yekun vurulacaq


14:55     12 Aprel 2018 msk07.jpg

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş Prezident seçkilərininə aprelin 21-dək yekun vuracaq.

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir”.

Femida.az

Açar sözlər: #seçki   #prezident   #siyasət  

Oxunub: 609