Azərbaycan Gürcüstana yanacaq ixracını artırıb


15:29     12 Aprel 2018 gurcustan%20azerbaycanli.jpg

Cari ilin mart ayında Gürcüstan Azərbaycandan 12,3 min ton benzin və dizel yanacağı idxal edib.


Femida.az-ın Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, fevral ayı ilə müqayisədə bu həcm 3,4 min ton çoxdur.

Mart ayında qonşu ölkənin neft məhsulları idxalının 12,7%-i Azərbaycanın payına düşüb. Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 30,6 min ton benzin və dizel yanacağı idxal edib.

Ötən ay qonşu ölkə, ümumilikdə 96,7 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da fevral ayının göstəricisindən 22 min ton çoxdur. İdxal olunmuş neft məhsullarının 48 min tonunu benzin, 48,7 min tonunu isə dizel yanacağı təşkil edib.

Mart ayında Azərbaycanla yanaşı, Gürcüstan ən çox Rusiya (29,4 min ton), Rumıniya (21 min ton), Türkmənistan (19,2 min ton), Bolqarıstan (9,7 min ton) və Yunanıstandan (5,1 min ton) adıçəkilən neft məhsullarını idxal edib.

Femida.az

Açar sözlər: #Gürcüstan   #Türkmənistan   Bolqarıstan  

Oxunub: 716