MSK yeni nəticələri açıqladı: İlham Əliyev liderdir


16:48     12 Aprel 2018 2018/04/secki_1523522999.jpeg

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrinə dair yeni məlumatları açıqlayıb.


Femida.az-ın məlumatına görə, MSK sədri bildirib ki, 125 seçki dairəsinin hər birində seçki baş tutub. M.Pənahovun sözlərinə görə, səsvermə keçirilmiş 5641 məntəqənin hər birindən MSK-ya məlumatlar daxil olub, 3 962 096 bülleten artıq sayılıb.
“Daxil olan məlumatlar araşdırılarkən 3 419 606 səs etibarlı hesab edilib. 12 490 səs - 0.32 faiz etibarsız hesab olunub. Bu səslərin bölünməsi belədir: İlham Əliyev 192 522 səs – 86.03 faiz, Araz Əlizadə 55 603 səs – 1.38 faiz, Hafiz Hacıyev, 59 977 səs – 1.52 faiz, Qüdrət Həsənquliyev 119 390 səs – 3.04 faiz, Fərəc Quliyev 46 010 səs – 1.18 faiz, Sərdar Cəlaloğlu 119 674 səs – 3.03 faiz, Razi Nurullayev 29 282 706 səs – 0.74 faiz, Zahir Oruc 123 006 səs – 3.11 faiz. Nəticələr göstərir ki, İlham Əliyev böyük səs çoxluğu ilə liderlik edir”.

Femida.az

Açar sözlər: #MSK   #Seçki   #Məzahir-Pənahov  

Oxunub: 2051