İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB


01:55     13 Aprel 2018 2018/02/ilham-aliyev_azvision-new-photo-1_1505884733_1517824444_1518445257.jpg

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri, hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Baş tutmuş seçkilərdə inamlı qələbəniz milyonlarla həmvətəninizin Sizə göstərdiyi yüksək etimada dəlalət edir. Əminəm ki, dövlət başçısı vəzifəsində uzun illər boyu qurucu əməyinizlə topladığınız zəngin idarəçilik təcrübəsi Sizin xalqınıza bundan sonra da eyni dərəcədə uğurla xidmət etməyinizə və ölkəni sosial-iqtisadi inkişaf yolu ilə inamla irəli aparmağınıza kömək edəcək.

Bu gün Azərbaycan dövlət hakimiyyəti orqanları ilə dini birliklərin səmərəli əməkdaşlığının gözəl nümunəsidir. Bu birliklər arasında Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası layiqli yer tutur. Ümidvaram ki, insanların mənəvi-əxlaqi tərbiyəsinə, etnoslararası münasibətlərin harmoniyasına və ictimai həmrəylik yaranmasına kömək edən bu qarşılıqlı fəaliyyət davam edəcək.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan Respublikasının bütün xalqına sülh və firavanlıq arzu edirəm".

***

Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xaltmaaqiyn Battulqa İlham Əliyevi Prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə Prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

***
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Bu barədə İƏT-in rəsmi saytında deyilir.

Onun sözlərinə görə, aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri bütün demokratik prinsiplər nəzərə alınmaqla şəffaf və sakit mühitdə keçdi.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə N.Nazarbayev Azərbaycan xalqının prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyini bildirib.

O, həmçinin İlham Əliyevin dostluq və etimad əsasında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.

Sonda Qazaxıstanın dövlət başçısı qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

***
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti öz "Twitter" səhifəsində yazıb:

"Əziz dostum, Prezident İlham Əliyev, prezident seçkilərində təkrar seçilməyiniz münasibətilə təbrik edirəm.

Dost xalqlarımızın rifahı naminə fəal əməkdaşlıq gözləyirəm".

****

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik teleqramı göndərib.

Təbrik məktubunda deyilir: "Azərbaycan Respublikasının Prezident vəzifəsinə seçilməyiniz münasibətilə mənim səmimi və ürəkdən təbriklərimi qəbul edin! Sizin inamlı qələbəniz Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz və Azərbaycanın sabit və hərətərəfli inkişafına yönəlmiş siyasi kursunuza etimadının göstəricisidir. Əminəm ki, birgə səylərlə Qırğızıstan-Azərbaycan münasibətləri gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanaraq genişlənəcək və dərinləşəcək".

Sooronbay Jeenbekov Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik dövlət fəaliyyətində uğurlar, dost Azərbacan xalqına sülh və firavanlıq arzu edib.

***

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

***

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident.

Aprel ayının 5-7-də Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Sizinlə görüşmək şərəfinə nail olduğum üçün Zati-alinizə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycanın iqtisadi tərəqqisinin və davamlı inkişafının təmin edilməsində ölkənizin geniş turizm imkanlarına malik olduğunu öyrənməkdən məmnun qaldım. Bu sahənin inkişafı üçün göstərdiyiniz davamlı səylərə və dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza isə əmin-amanlıq və tərəqqi arzu edirəm.

Əminəm ki, prezidentliyinizin yeni mərhələsində Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan sıx dostluq əlaqələri daha da möhkəmlənəcək.

Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsi üçün Sizin dəstəyinizin davamlı olacağına ümidvaram.

Möhtərəm cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirirəm.

***

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

P. Poroşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın tərəqqisi və rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.


Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə P. Poroşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirərək əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyini əminliklə vurğulayıblar.

***

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.

Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır.

TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram.

***

Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

X. Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə X. Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.


Femida.az

Açar sözlər: #Prezident   #Seçki   #Təbrik  

Oxunub: 982