Daha bir ölkə Suriyaya girir
19:20 12 Aprel 2018
“Suriyadakı hakimiyyətin (Bəşşar Əsəd hökumətini nəzərdə tutur - "Report") kimyəvi silahdan istifadə etməsinə dair Fransanın əlində təkzibolunmaz dəlil-sübut var”.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
O deyib ki, Suriyaya hərbi müdaxilə etməklə bağlı qərar qəbul edəcək.
Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.
ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib./report
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Suriyada bir neçə terrorçu zərərsizləşdirilib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib
- Suriyada onlarla terrorçu zərərsizləşdirilib
- Suriyada 3 terrorçu zərərsizləşdirilib
- Suriyada düşərgədə saxlanılan 11 nəfər Azərbaycana gətirilib