" Azərbaycan demokratik dövlətlər sırasına daxildir " - AŞPA üzvü
19:40 12 Aprel 2018
"Biz Azərbaycan xalqının dostlarıyıq. Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. 11 aprel seçkiləri yaxşı hazırlanmışdı"
Femida.az xəbər verir ki, bunu ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiya həyata keçirən portuqaliyalı parlamentari Nilza de Sena Azərbaycanda 11 apreldə keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında deyib.
Nilza de Sena qeyd edib ki, seçicilər öz imkanlarından normal şəkildə istifadə edə biliblər: "Mərkəzi Seçki Komissiyasının peşəkar işini qiymətləndiririk".
AŞPA üzvü Viorel Bardea xatırladıb ki, 38 üzvdən ibarət heyət seçkini izləyib: "Hər bir millətin hüququ var ki, öz rəhbərini seçsin. Biz seçkilərin demokratik qaydalara uyğun keçirilməsinə nəzarət etdik. Azərbaycan demokratik dövlətlər sırasına daxildir".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker isə bildirib ki, Azərbaycan ATƏT-in üzvüdür: "Ölkənin üzərinə götürdüyü öhdəliklər var. Bütün ATƏT DTİHB iştirakçı dövlətlərində standart yoxlamalar aparır. Seçki müşahidə nümayəndəmiz seçkiləri izləyib. Bizim qiymətləndirməmiz bu gün səhərə kimi davam edib. Bu seçkilər 2016-cı ildə konstitusiyaya edilən dəyişiklikdən sonra ilk prezident seçkiləridir. Seçki Adminstrasiyası yaxşı maliyyələşib və seçkiyə yaxşı hazırlaşıblar".
Miri Məcidli
Femida.az
Oxunub: 720
Oxşar xəbərlər
- Koçaryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
- Ermənistan Seçki Məcəlləsinə dəyişikliklər ediləcək
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Azərbaycanda 87 məntəqə seçki komissiyası buraxıldı
- 42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib
- 29 saylı Səbail Seçki Dairəsində nəticəsi ləğv edilən seçki məntəqələrinin sayı 7-yə çatıb
- Daha 1 seçki məntəqəsində nəticələr ləğv edildi
- 73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
- Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv edildi
- Mingəçevir Seçki Dairəsinin üç məntəqəsində səsvermənin nəticələri ləğv edilib