Məmmədyarov ərəb səfirlə vidalaşdı

20:20     12 Aprel 2018 2018/04/dsc-5135_1523536123.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Femida.az-a verilən məlumata görə, Səfir Müsadi bin İbrahim əs-Süleymi ölkəmizə keçirilən prezident seçkilərində Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyevin seçilməsi münasibətilə təbrik etdi. Səfir ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulandı. Qeyd olundu ki, keçən il 35.000-dən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərəci daha da artacaq.

Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğuladı.

Səfir Müsadi bin İbrahim əs-Süleymi Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür etdi.

Nazir Elmar Məmmədyarov Səfir Müsadi bin İbrahim əs-Süleyminə ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini və təqdir edildiyini dedi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Femida.az

Açar sözlər: #Məmmədyarov   #ərəb   #səfir  

Oxunub: 587