Ölkə üzrə vərəmə yoluxma halları azalıb


20:35     12 Aprel 2018 verem3.jpg

2003-cü illə müqayisədə 2016-cı ildə ambulator-poliklinika müəssisələrinə müraciətlərin sayı 19,3 faiz artıb. Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.


Femida.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, 2003-cü ildə qızılca ilə xəstələnənlərin sayı 1950 nəfər, məxmərəklə xəstələnənlərin sayı 1058 nəfər, epidemik parotit ilə xəstələnənlərin sayı 794 nəfər, malyariya ilə xəstələnənlərin sayı 482 nəfər olduğu halda, 2017-ci ildə bu səbəbdən xəstələnənlər qeydə alınmayıb, digər infeksion xəstəliklərə tutulma halları isə kəskin sürətdə azalıb.

Komitə sədri qeyd edib ki, 2016-cı ildə 2003-cü illə müqayisədə ilk dəfə qoyulmuş vərəm diaqnozu ilə xəstələnmə səviyyəsi hər 100 min nəfər əhaliyə 48 nəfərdən 39 nəfərə qədər azalıb.

Femida.az

Açar sözlər: #qızılca   #məxmərək   #xəstəlik  

Oxunub: 650