Arvadını öldürmək istəyən şəxsə hökm oxundu


21:20     12 Aprel 2018 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Quliyev həyat yoldaşı Fəqanə Rəhimovanı öldürməyə cəhd etməkdə təqsirli bilinib.

Hadisə ötən ilin avqust ayında Maştağa qəsəbəsi, Albalılaq yaşayış massivində baş verib. 1989-cu il təvəllüdlü Kamran Əlisa oğlu Quliyev həyat yoldaşı, 1994-cü ildə anadan olmuş Fərqanə Arif qızı Rəhimovaya çoxsaylı bıçaq zərbələri endirib. 23 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan K.Quliyevə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər: #Hakim   #Hökm   #Məhkəmə  

Oxunub: 659