Polis 23 yaşlı qızın həyatını xilas etdi - FOTO


21:27     12 Aprel 2018 2018/04/55829186-b87b-47a8-bb63-eda559374f91_3047080012.jpg

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşı 23 yaşlı qızın həyatını xilas edib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Günay Ələkbər qızı Muradəliyevanı yol keçmək istəyərkən “Bakı Bus”a məxsus sərnişin avtobusu vurub.

Hadisə yerində olan Yol Patrul Xidmətinin (YPX) polis serjantı, Zaur Ziyad oğlu Əliyev yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanadan bildirilib ki, yaralını huşsuz və ağır vəziyyətdə YPX əməkdaşı gətirib:

“Əgər Günay Muradəliyeva bir neçə dəqiqə gec çatdırılsaydı həyatını itirə bilərdi”.

G.Məmədovanın atası YPX-nin əməkdaşı Zaur Əliyevin bu hərəkətini qəhrəmanlıq adlandırıb və ailəsi adından ona təşəkkür edib:

“Bu mənim üçün böyük bir işdir. Mənim və ailəmin gözündə Zaur Əliyev qəhrəmandır. O, mənim gözümün ağı-qarası Günayımı yenidən həyata qaytarıb. Buna görə də mən və ailəmin üzvləri Zaur Əliyevə minnətdarlığımızı bildiririk. Əgər həmin vaxt Zaur gəlib çatmasaydı, qızımı qızım ölə də bilərdi. Çox şükür indi vəziyyəti yaxşıdır”.

Qəhrəmən YPX serjantı bildirib ki, onu gördüyü iş sadəcə vəzifə borcudur:

“Mən uzağdan gördüm ki, xanım piyada zolağı ilə hərəkət edir. Bu zaman avtobusun sürücüsünün ani diqqətsizliyi piyadanın vurulması ilə nəticələndi. Mən dərhal yaxınlaşdım hadisə yerinə və gördüm ki, xanım qan içində yerdə uzanıb. Dərhal 102 xidmətinə və Təcili Tibbi Yardım Stansiyasına məlumat verdim. Lakin, sonradan gördüm ki, yaralı çox qan itirir və bu, onun həyatı üçün təhlükəli ola bilər. Buna görə də mən vaxt itirmədən yaralını xidməti avtomobilə qoydum və sayrışan işıqları yandırıb yüksək sürətlə hrəkət edərək onu dərhal xəstəxanaya çatdırdım. Xəstəxanada yarlı müayinə olunduqdan sonra baş həkim dedi ki, vaxtında çatdırmasaydım piyda ölə də bilərmiş. Bir anlıq düşündüm ki, mən kiməsə həyat verdim. Əslində bu bizim vəzifə borcumuzdu. Lakin, mən belə hadisə ilə ilk dəfə rastlaşırdım”.



Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, YPX əməkdaşları gündəlik vəzifə borclarını yerinə yetirərkən belə hallarla rastlaşırlar:

“Yol Patrul Xidmətinin əməkdaşı Zaur Əliyevin nümunəvi hərəkəti rəhbərlik tərəfindən təqdirə layiq hal kimi qiymətləndirilib. Belə halları görənlər bəzən Dövlət Yol Polisini gördüyü işləri heçə endirmək və yol polisinin nüfuzuna xələl gətirmək üçün mobil telefonlar vasitəsi ilə videoqeydiyyata alıb sosial şəbəkələrdə paylaşaraq başqa şəkildə təqdim edirlər”.



Femida.az

Açar sözlər:

Oxunub: 3332