Hollandiyada 3 məscidə hücum edildi


22:37     12 Aprel 2018 2018/04/1523535427_1523540275.jpg

Hollandiyada qatı sağçı "Rechts in Verzet" hərəkatı nümayəndələri üç məscidin qarşı hücum təşkil edib.

Qrup Ensxede şəhərində Hollandiya Dəyanət Vəqfinə (HDV) bağlı iki məscid ilə Houten şəhərində mərakeşlilərin rəhbərliyi ilə məscidə çevrilməsi planlaşdırılan binanın girişinə islamofob ifadələr ehtiva edən plakatlar asıb.

Rechts in Verzet hərəkatı sosial mediada "Məscid istəmirik" və "İslam terrordur" ifadələrinin yazılı olduğu plakatın fotosunu paylaşıb. HDV koordinatoru Cövdət Kəskin hücumun son zamanlarda artan islamofobiyanın nəticəsi olduğunu bildirərək, məscidlərə edilən hücumların artmasından duyduqları narahatlıq və qorxunu dilə gətirib. Kəskin "Hollandiyada məscidlərə edilən hücumların davam etməsi, yetərli tədbir görülmədiyini göstərir. Müvafiq orqanlardan məscidlərin təhlükəsizliyi üçün əllərindən gələni etmələrini gözləyirik", - deyib.

Polisə şikayət etdiklərini deyən Kəskin "Sübh namazına gələn camaat, vəziyyəti görəndə plakatlarda bomba olma ehtimalına qarşı dərhal polis çağırıblar. Vəkil vasitəsilə şikayət edəcəyik", - sözlərini qeyd edib. Xatırladaq ki, Ensxededə ötən ay İslam və miqrantlar əleyhinə PEGIDA hərəkatı üzvləri bu gün hücuma məruz qalan iki HDV məscidinin birləşdirilərək, tək məscid tikilməsinin nəzərdə tutulduğu yerə 23 xaç basdıraraq, qəbiristanlıq görüntüsü vermişdi.

PEGIDA üzvləri beş ay əvvəl də eyni məscid ərazisində qurduqları kilsə təmsil edən çadırın önünə yerləşdirdikləri taxta xaç işarəsinə donuz qanı sürtmüşdülər.

Femida.az

Açar sözlər: Hollandiya   Seçki  

Oxunub: 675