Makron Suriyaya hücum edə biləcəklərini açıqladı


22:22     12 Aprel 2018 makron.jpg

Suriyaya hücuma hazırlaşan ABŞ və Böyük Britaniyaya Fransa prezidenti Emanuel Makrondan dəstək gəlib.

Emanuel Makron iddia edib ki, Suriya hökumətinin kimyəvi silahdan istifadəsi barədə Fransanın əlində sübut var.

Prezident bəyan edib ki, lazım olan bütün araşdırmalar bitəndən sonra Suriyaya hərbi müdaxilə edilib-edilməyəcəyi müzakirə olunacaq.

Suriyaya veriləcək cavabın lazım olan vaxtda reallaşacağını xatırladan Emanuel Makron qeyd edib ki, Fransa qanunlarına görə, Suriyaya hücum etmək barədə parlamentdən icazə almaq lazım deyil.

Femida.az

Açar sözlər: Makron   Suriya  

Oxunub: 641