Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan - FOTOLAR
23:39 12 Aprel 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və əlil ictimai birliklərinin rəhbərlərinin iştirakı ilə Nazirliyin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində inşa olunan 96 mənzilli yaşayış binasında aparılan tikinti işlərinə baxış olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün yeni mənzillərin inşa etdirilməsi istiqamətində işlər ildən-ilə gücləndirilir.
Ötən il həmin təbəqələrdən olan vətəndaşlardan ibarət 315 nəfər mənzil və ya fərdi yaşayış evi ilə təmin olunub. Bu, son beş ilin ən yüksək göstəricisidir. Ümumilikdə indiyə qədər nazirliyin sifarişi əsasında 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib.
Hazırda respublikamızın bölgələrində fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilməklə yanaşı, İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, habelə Bakının Nizami rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzilli yaşayış binasının tikintisinin yekunlaşdırılması işləri də sürətləndirilib.
Eyni zamanda ölkə Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün müvafiq yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılması bu sahədə tədbirləri davam etdirməyə imkan verib.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən bu binanın tikintisinin yekunlaşdılması üçün aparılan işlərin sürətləndirlməsindən, burada əlilliyi olan şəxslər üçün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması üçün aparılan işlərdən məmnunluğunu bildirib.
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov binada tikinti işlərinin gedişindən və keyfiyyətlə aparılması, ümumən əlil və şəhid ailələrinin mənzillə təminatı tədbirlərinin gücləndirilməsi sahəsində görülən işlərdən razılığını ifadə edib.
Yaşayış binasının tikintisinin yekunlaşdılması işlərinin sürətləndirilməsi, eləcə də binadakı dəhliz və mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılması barədə müvafiq tapşırıqlar verilib. Binanın yaxın vaxtlarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 2621
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək