Bakıda bina yanır - SON DƏQİQƏ (VİDEO)

Bakıda bina yanır - SON DƏQİQƏ (VİDEO)


23:52     12 Aprel 2018 2018/04/18_04_12_1523549656_1523549886.jpg


Bakıda inşası tamamlanmamış binada güclü yanğın baş verib. Hazırda binada yanğın davam edir. Hadisə 8-ci mikrorayon ərazisində, “Bolluq bazarı”nın yaxınlığında yerləşən binada baş verib.


Hadisə yerinə yanğın-mühafizə dəstələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.



Femida.az

Açar sözlər: #Bakı   #bina   #yanğın   #FHN  

Oxunub: 4405