Bakı aeroportu neçə sərnişinə xidmət göstərib?


14:20     13 Aprel 2018 hava%20limani.jpg

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərib.


Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.

““Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb. 768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub”.

Femida.az

Açar sözlər: #Bakı   #aeroport   #sərnişin  

Oxunub: 526