Azərbaycanda yaşayış minimumu nə qədərdir? - QANUN

11:29     13 Aprel 2018 manat_180215.jpg


Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu ilə ölkədə yaşayış minimumu müəyyən edilib.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərarına alıb:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Femida.az

Açar sözlər: #qanun   #konstitusiya   #yaşayış_minimumu   #əhali   #sosial  

Oxunub: 3117