Bank işçisinə 8 il iş verildi


17:40     13 Aprel 2018 mehkeme%20hakimi.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank"ın Nəsimi filialının kredit mütəxəssisi, dələduzluqda təqsirləndirilən Novruz Vəliyevə hökm oxunub.


Femida.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Vəliyev tanışları Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda onların ümumilikdə 332 min 200 manat pulunu mənimsəyib. "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da zərərçəkən kimi tanınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 543