Azərbaycanlıların yeyib-içməyə xərclədiyi MİLYARDLAR
18:54 13 Aprel 2018
2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 milyard manata bərabər olub.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 4,3 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələyib.
Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz artmış, bazar və yarmarkalarda dəyişməz qalıb.
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Femida.az
Oxunub: 1148
Oxşar xəbərlər
- Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb
- Azərbaycanlıların yaşadığı bu kəndləri su basdı
- Azərbaycanlıların olduğu avtobus Rusiyada qəzaya düşdü: ölənlər var
- Azərbaycanlıların Çinin bu şəhərinə girişi qadağan edildi
- Azərbaycanlıların sıx yaşadığı rayonun sabiq rəhbəri saxlanıldı - Gürcüstanda
- Azərbaycanlıların rayonunda 1 nəfər qripdən öldü
- Azərbaycanlıların öldüyü gəmidə qanunsuz kömür daşınıb - Yeni faktlar
- Azərbaycanlıların olduğu gəmi batıb, 6 nəfər ölüb - Hadisə yerindən VİDEO
- Azərbaycanlıların olduğu gəmi saya oturdu - Agentlikdən son açıqlama
- Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artdı