Məşhur türk general Bakıya gəlir


20:20     13 Aprel 2018 18_04_13_1523622176.jpg

Türkiyə Silahlı Qüvvələrinin sayca 26-cı Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun Azərbaycana səfəri planlaşdırılır.

Femida.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli məlumat yayıb.

O, qeyd edib ki, İ.Başbuğun səfərində məqsəd konfrans keçirməkdir. Ş.Nəsibli konfransda iştirak üçün qeydiyyatdan keçmək lazım olduğunu vurğulayıb:

“İlkər Başbuğ dünyanın və Türkiyənin hər yerində, universitetlərdə keçirdiyi konfransların birini də Bakıda keçirəcək”.

Açar sözlər: #Türkiyə   #general   #İlkər_Başbuğ  

Oxunub: 894