İordaniya Kralı prezidenti təbrik edib
23:10 13 Aprel 2018
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.
Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram".
Femida.az
Oxunub: 729
Oxşar xəbərlər
- İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
- Ərdoğanla İordaniya kralı arasında telefon danışığı olub
- İsrail hava məkanını İordaniya üçün bağlayıb
- Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir
- İordaniya səfiri XİN-ə çağırıldı - Ermənistana silah satışına görə
- İordaniya Kralı Azərbaycan Prezidentinə məktub yazıb
- Azərbaycan Prezidenti İordaniya Kralını təbrik edib
- İordaniya Azərbaycana yeni səfir təyin edib
- Elmar Məmmədyarov iordaniyalı səfirlə vidalaşdı
- İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib