Ermənistanda Sarkisyana qarşı mitinqlər başladı


00:58     14 Aprel 2018 18_04_13_1523638237.jpg

Yerevanın mərkəzində, "Azadlıq" meydanında Serj Sarkisyana qarşı mitinq keçirilir


Femida.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, mitinq "Vətəndaş Müqaviləsi" partiyası tərəfindən təşkil olunub. Aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.

Partiya üzvləri martın 31-dən etibarən Ermənistanın şəhərlərində yürüş keçirirlər. Müxalifətçilər bəyan ediblər ki, aprel 17-də parlamentin binasını mühasirəyə alaraq deputatlara Serj Sarkisyanın baş nazir postuna səsvermədə iştirak etməyə imkan verməyəcəklər.

Femida.az

Açar sözlər: #Ermənistan   #İrəvan   #Sarkisyan  

Oxunub: 898