61 yaşlı kişini "Shacman” vurdu


14:10     14 Aprel 2018 qeza-piyada8.jpg

Bakının Qaradağ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın “report”a istinadən xəbərinə görə, 1957-ci il təvəllüdlü Ələkbərov Malik Fərrux oğlu Lökbatan qəsəbəsindəki "Meyvəli" ticarət mərkəzinin qarşısından keçərəkən, onu "Shacman" markalı yük avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı KTM-ə yerləşdirilib. Fakt Qaradağ RPİ-si tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 714