500-ə yaxın miqrant xilas edilib


14:19     14 Aprel 2018 avropa%20miqrant%202209.jpg

Aralıq dənizində Liviya sahillərində 500-ə yaxın miqrant xilas edilib.


Femida.az bildirir ki, Roma sahil mühafizəsi operativ mərkəzinin həyata keçirdiyi xilasetmə işlərində Avropa İttifaqının miqrasiya missiyasının Aralıq dənizində "EunavforMed" hərbi-dəniz gəmisi və Almaniyanın "Sea Watch 3" qeyri-hökumət təşkilatının gəmisi iştirak ediblər.

Qeyd edək ki, Avropa Afrika və Yaxın Şərq ölkələrində bir sıra silahlı münaqişələr və iqtisadi problemlər səbəbindən ikinci dünya müharibəsindən sonra ən ciddi miqrasiya böhranı yaşayır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2017-ci ildə dəniz yolları ilə Avropaya 171 min miqrant gəlib, Aralıq Dənizini keçmək istəyərkən 3116 nəfər həlak olub. Hamıdan çox qaçqın İtaliya qəbul edib - 119 min 310.

Femida.az

Açar sözlər:

Oxunub: 870