Yevlaxda mikroavtobus yük maşını ilə toqquşub, ölən var


15:36     14 Aprel 2018 qezaaa1.jpg


Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 14-də saat 03 radələrində Yevlax şəhəri ərazisində Bərdə rayon sakini Aydın Vəliyevin idarə etdiyi “KamAZ” və Abşeron rayon sakini Orxan Əliverdiyevin idarə etdiyi “Ford-Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə O. Əliverdiyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #qəza   #ölüm   #Yevlax  

Oxunub: 660