Putin hərəkətə keçdi:Təhlükəsizlik Şurası toplanır


16:53     14 Aprel 2018 putin94.jpg

Rusiya ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.


Femida.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında dərc olunan bəyanatında deyilir.


"ABŞ və müttəfiqləri Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum ediblər".

Rusiya dövlət başçısı vurğulayıb ki, zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön plandan olan suveren dövlətə qarşı təcavüz aktı kimi qələmə verib.

V.Putin qeyd edib ki, ABŞ-ın Suriya ərazisinə zərbələri ölkədəki humanitar fəlakəti daha da dərinləşdirir və yeni qaçqın dalğasının yaranmasına əsas verir.

Açar sözlər: #Rusiya   #Putin   #BMT   #Suriya   #Əsəd  

Oxunub: 3962